Prezidentin qızları Mədət Quliyevin övladları ilə - FOTOLAR

Prezidentin qızları Mədət Quliyevin övladları ilə - FOTOLAR
11:03 1 İyun 2017
256 Şou
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Hacı Nuran prezident ailəsi ilə fotolarını paylaşıb.

Publika.az xəbər verir ki, Hacı Nuran prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyavalar, prezidentin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevlə birlikdə fotolarını instaqramda paylaşıb. Fotoda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyevin övladları da var.

Hacı Nuranın paylaşıdığı şəkillər sosial şəbəkədə böyük marağa səbəb olub. Teleaparıcı Leyla Əliyeva ilə bir paylaşdığı şəklin altına bunları yazıb: "Leyla Əliyevanın titulları çoxdur... O, ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir... Lakin mənim fikrimcə, onun başlıca titulu belədir- mərhəmətli və xeyirxah insan... Onun sayəsində neçə neçə insan həyatı xilas olub... Xeyirxah əməllərini saymaqla bitməz... Var olun".

Tanınmış aparıcı prezidentin ikinci qızı Arzu Əliyevaya da dərin minnətdarlıq hisslərini ifadə edib: “Arzu Əliyeva çox maraqlı insandır. Özünün yaradıcılığı və sənət dünyası var. Sənədli film janrında uğurlu filmlər müəllifi olan Arzu xanım, tarixi mövzulara xüsusi maraq göstərir. Onun "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu", "Əbədi ezamiyyət" adlı filmləri bir çox ölkələrdə maraqla izlənib. İnanıram ki, onun hazırladığı filmlər bundan sonra da vətənimizi bütün dünyada layiqincə təmsil edəcək”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/200910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR