Klintonun qızına ŞOK SUAL: "Atan Monika ilə sevişəndə nə hiss elədin?"

Klintonun qızına ŞOK SUAL: "Atan Monika ilə sevişəndə nə hiss elədin?"
11:14 1 İyun 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

 

Ötən həftə təcavüzü tərifləyən və əsgərlərinin zorlama cinayətlərini bağışlayacağını deyən Fillipin prezidenti Rodrigo Duterte sərt reaksiyalarla qarşılaşıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ona qarşı çıxanlar arasında keçmiş ABŞ prezidenti Bill Klinton və Hiları Klintonun qızı Çelsi Klinton da olub.

 

Ötən həftə əsgərlərinin 3 qadına təcavüz etməsinə göz yumacağını deyən Duterte dediklərinin sadəcə bir zarafat olduğunu bildirib və Çelsiyə çox sərt cavab verib.

 

Bill Klintonun prezident olduğu dövrdə Ağ Evdə yaşanan seks qalmaqalını xatırladan Duterte - “o vaxt atan Ağ Evdə Monika Levinski ilə sevişərkən, necə hiss etdin? Əsəbiləşdinmi atana?” deyib.

 

Xatırladaq ki, Bill Klinton 1998-ci ildə Ağ Evdə işçisi olan Monika Levinski ilə birlikdə olub, bu münasibətin açılması ABŞ-da böyük bir qalmaqala səbəb olmuşdu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR