Türk futbolçu ispan klubuna transfer olundu - 14 milyona

Türk futbolçu ispan klubuna transfer olundu -   14 milyona
11:27 1 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti" türk futbolçusunu İspaniya klubuna satıb. Fanat.Az xəbər verir ki, Enes Ünal "Vilyarreal"a transfer olunub.


Türk futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. "Vilyarreal" bu transferə görə "Mançester Siti"yə 14 milyon avro ödəyəcək. İngilislər müqaviləyə xüsusi maddə daxil edib. Həmin maddəyə əsasən "Mançester Siti" qarşıdakı illərdə 20 milyon avro ödəyərək futbolçunu geri qaytara bilər.


Qeyd edək ki, "Mançester Siti" Enes Ünalı 2015-ci ildə "Bursaspor"dan 3 milyon avroya alıb. İngilis klubu futbolçunu 2015/16 mövsümünün ilk yarısında "Genk"ə, ikinci yarısında "Breda"ya, 2016/17 mövsümündə "Tvente"yə icarəyə verilib. 20 yaşlı forvard başa çatan mövsümdə Hollandiya klubunda 33 rəsmi oyun keçirib və 19 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-futbolcu-ispan-klubuna-transfer-olundu-t58460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR