Əfsanəvi futbolçunun qalıqları məzardan yoxa çıxıb - FOTO

Əfsanəvi futbolçunun qalıqları məzardan yoxa çıxıb - FOTO
11:32 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünya futbolunun əfsanələrindən biri, braziliyalı Mane Qarrinçanın cəsədinin qalıqları məzarlıqda yoxa çıxıb.

Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, M.Qarrinçanın cəsədi eksqumasiya olunandan sonra Braziliyanın Rio-de Janeyro şəhərindəki Maqe bölgəsindəki "Rais da Serra" qəbristanlığında dəfn olunmuşdu.

Braziliya yığmasının əfsanəvi hücumçusu, əsl ad və soyadı Manuel Fransisku duş Santuş olan Mane Qarrinçanın qalıqlarının məzardan çıxırılmasından onun ailə üzvlərinin çoxunun xəbəri yoxdur.

Qəbristanlığın administratoru Prisila Liberiunun dediyinə görə, qalıqların harada olduğunu bilmir. Yeganə çıxış yolu məzarlıqdakı bütün qalıqların DNT analizidir.

Dünya futbolu tarixində ən yaxşı oyunçulardan biri sayılan M.Qarrinça uşaqlıqda poliomielit xəstəliyi keçirdiyindən onun bir ayağı o birindən 6 sm qısa idi. Buna rəğmən, əfsanəvi futbolçu Braziliya yığmasının heyətində iki dəfə dəfə dünya çempionu olmuşdu.

O, 1983-cü ildə 49 yaşında alkoqolizmdən vəfat etmişdi.

Dünya futbol tarixində ən yaxşı dribler sayılan M.Qarrinçanın cəsədinin qalıqlarının yoxa çıxmasını onun qızı Rozanjela duş Santuş aşkarlayıb.

Mərhum futbolçunun dayısı oğlu Joao Roqoqinski bildirib ki, ona Qarrinçanın sümüklərinin eksqumasiya olunaraq kolumbariyaya yerləşdirəcəyi deyilmişdi: "Lakin mən o prosedurda iştirak etməmişəm və ailəyə də qalıqların yenidən dəfn olunması barədə heç bir sənəd verilməyib".

Maqenin meri Rafael Tubarao əfsanəvi futbolçunun qalıqlarının mütləq tapılacağını vəd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR