Bakıda ağır qəzada ölən polis vəzifəli şəxsin oğludur

Bakıda ağır qəzada ölən polis vəzifəli şəxsin oğludur
11:37 1 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

İki gün əvvəl Bakıda ağır qəzada ölən polis serjantının vəzifəli şəxsin oğlu olduğu açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, polis kiçik serjantı Emil Zeynallı 5 saylı Doğum Evinin baş həkiminin müavini Aygün Qasımovanın oğludur.

Qeyd edək ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi "Porsche" markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölməsinin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi "Fiat-Dobla" markalı avtomobilə vurub.

Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.
Səbail RPİ tərəfindən araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR