Ağız qoxusundan xilas olmaq üçün imsakda bunlardan yeyin

İftardan və imsakdan sonra dişlər fırçalanmırsa, qida artıqları ağız qoxusuna səbəb olur.

Metbuat.az xəbər verir ki, diş həkimi Pertev Kökdemir imsak və iftarda yeyiləcək bəzi qidaların qoxunu azalda biləcəyini deyib:

“Uzun müddət təmizlənməyən ağızda dişəti iltihabı başlayır, bu da qoxuya səbəb olur. İftardan və imsakdan sonra yemək artıqlarını təmizləmək üçün dişlər 2-3 dəqiqə fırçalanmalı, diş ipi və qarqara edilməlidir”.

Süd içmək qoxunu azaldır. İmsakda bir stəkan soyuq süd içməklə qoxunu azalda bilərsiniz. Bununla yanaşı ağız qoxusundan xilas olmaq üçün bitkilər köməyinizə çatacaq. Cəfəri, nanə, zəncəfil, şüyüt, darçın, yaşıl çay, keşniş ağız qoxusuna yaxşıdır.

Sadəcə qarqaraya güvənməyin

Tərkibində alkoqol olan ağız qarqaraları ağız quruluğunu daha da artırır. Dişləri fırçalamayıb sadəcə qarqarayla diş üzərindəki ərpi təmizləmək yanlış davranışdır. Bu da çox qoxuya səbəb olur. Oruclu halda su udmamaq şərti ilə gün içərisində ağzı yaxalamaqla bakteriya və ağız qoxusundan xilas ola bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR