I vitse-spiker: Ermənilər müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirir və cavablarını alırlar

I vitse-spiker: Ermənilər müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirir və cavablarını alırlar
11:50 1 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı İlhamə İsabalayeva – Trend:

“Ermənilər yalnız cəbhədə vəziyyəti gərginləşdirmirlər. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirir və cavablarını alırlar, bundan sonra da alacaqlar. Narahatlığa heç bir əsas yoxdur”.

Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə deyib.

Bu yaxınlarda Tbilisidə NATO Parlament Assambleyasının iclasında iştirak etdiklərini xatırladan Z.Əsgərov orada da ermənilər tərəfindən Azərbaycana qarşı böhtan xarakterli çıxışların edildiyini söyləyib: “Lakin bizim nümayəndə heyəti onların cavabını çox gözəl verdi. Sübut edə bildik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir, Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. Bu işğal nəticəsində ökəmizdə 1 milyondan çox qaçqın və köçkün olub ki, onların da 300 min nəfəri uşaqlardır”.

Z.Əsgərov qeyd edib ki, Azərbaycan deputatları hər zaman beynəlxalq tədbirlərdə ölkəmizin həqiqətləri barədə məsələ qaldırır və ermənilərin iç üzünü açıb göstərirlər: “Çünki bunlar elə bir tayfadırlar ki, heç nədən nəsə uydururlar, adam məəttəl qalır. Amma bizim əsaslandığımız beynəxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə də avropalı həmkarlamıza məlumatlar çatdırdıq və hazırkı vəziyyətin necə olduğunu bildirdik”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2761417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR