"Facebook"-da tanış olduğu qıza görə 70 kilo arıqladı

O, "Facebook"-da tanış olduğu qız dostuna görə 70 kilo arıqlayıb.

Metbuat.az xəbər verir ki, 24 yaşındakı Əli Baş 4 ay boyunca hər gün idman və pəhriz saxlayaraq 150 kilodan 80 kiloya düşüb. Baş deyib: “Sevgilimlə internetdə tanış olduq. Məni çəkili halımla da bəyənirdi, ancaq həddindən artıq kök idim. Onu xoşbəxt etmək üçün nə edəcəyimi düşünürdüm və arıqlamaq qərarı aldım”.

Pəhrizdə olduğu zaman heç görüşmədiklərini deyən Əli Baş, 4 ayın ardından sevgilisi Semihaya surpriz edib. Qız onu yeni halı ilə tanıya bilməyib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR