İradə İsakın verilişi bağlandı

İradə İsakın verilişi bağlandı
11:57 1 İyun 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış teleaparıcı İradə İsakın "Lider" TV-də yayımlanan "Tor" verilişi bağlanıb. İlkin məlumata görə, verilişin bağlanmasının səbəbi sponsorların layihəyə davam etmək istəməməsi olub.

Milli.Az xəbər verir ki, xanım aparıcı modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, sentyabrdan etibarən verilişin efirə çıxmayacağını bildirib:

"Bu veriliş, onsuz da, qısa müddətli nəzərdə tutulmuşdu".

Sponsor yoxluğuna görə verilişə davam etməməsinə gəlincə, xanım aparıcı bunları deyib:
"Verilişin iki sponsoru vardı: Bilfa boyaları və StarLab Klinikası. Onsuz da, sentyabrda davam etməyəcəkdik".

İ.İsak qarşıdakı planları ilə bağlı konkret layihə üzərində dayanmadığını deyib:

"Hələ ki danışılanlar fikir olaraq qalır".

Qeyd edək ki, bu il yanvarın 27-dən yayımlanan "Tor" hər həftənin cümə günü efirdə olurdu. İ.İsak buna qədər ANS-də yayımlanmış "Deməsək olmaz" verilişinə aparıcılıq edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR