Dünyanın ən böyük təyyarəsi hazırlandı - 230 ton

Dünyanın ən böyük təyyarəsi hazırlandı - 230 ton
12:01 1 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında dünyanın ən böyük təyyarəsi istehsal edilib.

Trend-in məlumatına görə, raket-daşıyıcı buraxmaq qabiliyyətinə malik təyyarənin çəkisi 230 tondur. Təyyarənin qanadlarının uzunluğu 117 metr təşkil edir. Hündürlüyü 15 metr olan təyyarə 28 təkərlə təchiz edilib. Təyyarə 250 ton yük qaldırmaq gücünə malikdir.

“Stratolaunch” təyyarəsi “Pegasus XL” raket-daşıyıcılarının buraxılması üçün platforma olaraq nəzərdə tutulub.

Məlumata görə, Kaliforniyanın Mohave səhrasında təyyarənin yerüstü sınaqları keçiriləcək. İlk uçuş isə 2019-cu ildə planlaşdırılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2761440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR