Bavariya nümayəndə heyəti "Improtex"də (FOTO)

Bavariya nümayəndə heyəti "Improtex"də (FOTO)
12:01 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Alman-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə “İmprotex” Şirkətlər Qrupu və Almaniya Federativ Respublikasının Bavariya əyalətinin iqtisadiyyat, mediya, energetika və texnologiyalar üzrə nazir müavini Frans Yozef Pşirerin başçılıq etdiyi nümayəndə heyəti arasında iki tərəfli görüş olub.

“İmprotex Motors”un sərgi salonunda keçirilən görüşdə həmçinin Alman-Azərbaycan Ticarət Palatasının rəhbəri cənab Tobias Bauman, “MAN Truck & Bus” şirkətinin Şərqi Avropa və MDB regionu üzrə Baş Vitse-Prezidenti Roland Şaxt, Vitse-Prezidenti Hayko Haumer və MAN markalı avtobusların satış direktoru Roman Kalujinski iştirak ediblər. Bununla yanaşı, tədbirdə dövlət qurumlarının nümayəndələri, MAN texnikasının uzun müddətli və potensil müştəriləri təmsil olunmuşlar. Çıxışında Azərbaycan və Almaniya iqtisadi münasibətlərinə toxunan nazir müavini ölkəmizdə sahibkarlar üçün yaradılan əlverişli bizness və investisiya mühitindən məmnun qaldığını bildirib. O, beynəlxalq reytinqdə mövqeyini getdikcə gücləndirən Azərbaycanın alman iş adamlarına daha cazibəli göründüyünü xüsusi vurğulayıb.

MAN şirkətinin rəsmiləri Azərbaycanda şəhərdaxili və şəhərlararası sərnişindaşımaları, ölkəmizin vacib tranzit nəqliyyat şəbəkəsinin tərkib bir hissəsinə çevrilməsi fonunda logistika və iri infrastruktur layihələrində daha da fəal iştirak etmək arzusunda olduğunu bildiriblər. Görüş zamanı MAN markalı avtomobillər ilə yanaşı şirkətlər qrupunun aparıcı müəssisələrindən olan, sənaye istehsalı potensialı ilə ölkəmizdə getdikcə mövqelərini möhkəmləndirən və ixtisaslı daimi iş yerlərinin yaradılmasında davamlı töhfəsini verən “İmprotex İndustries” metal konstruksiya zavodunun istehsalı olan üst qurğular da (özüboşaldan, su çənləri, yarım-qoşqular) nümayiş etdirilib.

Sözügedən istehsal müəssisəsinin əhəmiyyətini yüksək qiymətləndirən almaniyalı qonaqlar zavodun bütün region üçün faydalı olacağını birmənalı qeyd ediblər. Həmçinin vurğulayıblar ki, zavodun mükəmməl bazasından istifadə etməklə özlərinin də sahib olduqları müasir texnologiyaları bölüşərək “İmprotex İndustries”in üst qurğular və yarım-qoşquların istehsalı prizmasından xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və mövqeyinin gücləndirilməsi sayəsində yerli nəqliyyat şirkətlərinin potensialı möhkəmlənəcək, ölkəmizdə idxalı əvəzləyən və ixracyönümlü istehsal təmin olunacaq və ixtisaslı işçi qüvvəsinin yeni iş yerləri ilə təmin olunmasına geniş imkanlar yaranacaqdır. Nazir müavini öz çıxışında İmprotex-lə MAN arasında yaranan belə bir geniş şaxəli və uzun müddətli əməkdaşlığı Alman-Azərbaycan iş birliyinin mükəmməl bariz nümunəsi kimi qiymətləndirib.

Azərbaycanın ilk özəl şirkətlərindən olan, fəaliyyət dövründə bir çox xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edən və Azərbaycanın davamlı iqtisadi inkişafına öz töhvəsini verən “Improtex” Şirkətlər Qrupu biznes aləmində 26 il ərzində qazandığı mövqeləri möhkəmləndirməkdə davam edir.

Daim ölkəmizin biznes və investisiya mühitinin inkişafına xidmət edən “İmprotex” Şirkətlər Qrupu iqtisadiyyatın müxtəlif sahələrində zəngin təcrübəsi olan dünya brendlərinin Azərbaycanda təmsil olunması ənənəsini yaşadır. Şirkət Almaniyanın Bavariya əyalətinin aparıcı şirkətlərindən olan BMW Group və MAN SE şirkətləri ilə dərin və uzun müddətli iş birliyindən qürur duyur. Əsası 2005-ci ildə qoyulmuş “Improtex Trucks and Buses” şirkəti “MAN Truck & Bus” şirkətinin rəsmi idxalçısı kimi fəaliyyətə başlayıb.

Kommersiya avtomobilləri bazarında xüsusi mövqeyə sahib olan MAN markalı avtomaşınlar Azərbaycanda həm dövlət, həm də özəl sektorda müxtəlif infrastruktur layihələrində, kiçik və iri həcimli dövlət proqramlı layihələrdə geniş təmsil olunub. “Improtex Trucks and Buses” şirkətinin satışını həyata keçirdiyi “MAN” markalı yük avtomobilləri, həmçinin regional və şəhər tipli avtobusları özünü Azərbaycan bazarında doğrultmaqla yanaşı yüksək səmərəlilik əmsalı ilə də daim fərqlənir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2761437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR