"Saxo Bank" bitkoinin 100 min dollara kimi bahalaşacağını bildirib

"Saxo Bank" bitkoinin 100 min dollara kimi bahalaşacağını bildirib
12:02 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Bitkoinin məzənnəsi 10 ildən sonra 100 min ABŞ dollarına çata bilər. "Report" xəbər verir ki, bu proqnozu Danimarkanın "Saxo Bank" investisiya bankının analitiki Kay van Petersen (Kay van Petersen) CNBC telekanalına bildirib.
Analitikin fikrincə, kriptovalyuta əməliyyatları ABŞ valyuta bazarının orta gündəlik ticarət həcminin 10%-nə çatacaq: "Bitkoinin bazar kapitallaşması isə 1,75 trln. dollara yüksələ bilər. Kriptovalyutanın yayılması ödəniş sistemlərinin və köçürmələrin təkmilləşməsi nəticəsində inkişaf edəcək". 
Xatırladaq ki, 2016-cı ilin dekabr ayında hesabat dərc edən Kay van Petersen bitkoinin 2017-ci ildə 2 000 dollara yüksələcəyini bildirib. Hazırda isə bitkoinin qiyməti 2 400 dollar təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/saxo-bank-bitkoinin-100-min-dollara-kimi-bahalasacagini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR