Baş həkim: "Uşaq Bərpa Müalicə Mərkəzinə müraciət edən uşaqların 40%-dən çoxunun nevroloji problemi var"

Baş həkim: "Uşaq Bərpa Müalicə Mərkəzinə müraciət edən uşaqların 40%-dən çoxunun nevroloji problemi var"
12:02 1 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ “Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində il ərzində 18 yaşına qədər təxminən 2300-ə qədər uşaq zəruri tibbi xidmə göstərilir”.
“Report” xəbər verir ki, bunu mərkəzin baş həkimi Cəmilə Talıbova deyib.
Onun sözlərinə görə, mərkəzə müraciət edən uşaqlar il ərzində 3-5 dəfə müalicə bərpa müalicəsi alır: “Tibb müəssisəsinə müraciət edən xəstələrin 40%-dən çoxunu nevroloji problemlər olan uşaqlar təşkil edir. Bunlar əsasən uşaq serebral iflicli xəstələrdir. Nevroloji problemlərlə gələn uşaqların çoxunda nitq qüsurları da olur. Bunların da müayinə və müalicəsi üçün mərkəzdə loqoped və surdoloqoped kabinetləri mövcuddur”.
İl ərzində mərkəzə gələn uşaqların 60%-nin sağlamlıq imkanlarının məhdud olduğuna diqqət çəkən C.Talıbova qeyd edib ki, onların arasında nevroloji, dayaq-hərəkət sistemi xəstəlikləri, skalioz, aşağı ətrafların patologiyaları və digər xəstəliklər təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/usaq-berpa-mualice-merkezine-muraciet-eden-usaqlarin-40-den-coxunun-nevroloji-problemi-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR