Yan Ola Sand: “Ukrayna “Eurovision” yarışmasını yüksək səviyyədə təşkil etdi”

Yan Ola Sand: “Ukrayna “Eurovision” yarışmasını yüksək səviyyədə təşkil etdi”
12:07 1 İyun 2017
49 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ “Ukrayna “Eurovision” mahnı müsabiqəsini yüksək səviyyədə təşkil etdi". 
"Report" "Eurovision"un rəsmi saytına istinadən xəbər verir ki, bunu müsabiqənin icraçı direktoru Yan Ola Sand Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdə deyib.
O əlavə edib  ki, bu il yarışmada heç bir problem yaşanmayıb: "Hər il biz istər nəqliyyat, istərsə də təhlükəsizlik və digər məsələlərlə bağlı narazılıqlar eşidirdik. Lakin, Kiyevdəki müsabiqə olduqca qüsursuz keçdi”. 
Prezident Pyotr Poroşenko isə Rusiyanın Ukraynanın şərqindəki münaqişə fonunda belə bir müsabiqənin təşkilinin asan olmadığını deyərək, təşkilatçıları təbrik edib: “Eurovision 2017” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması münasibəti ilə hər kəsi təbrik edirəm. Bu bütün komandanın qalibiyyəti və uğurudur”.
Yarışmanın icraçı prodüseri Pavel Qriçak həm jurnalistlərin, həm də iştirakçılarla fanatların Ukraynada özlərini çox yaxşı hiss etdiyini söyləyib. 
Qeyd edək ki, bu ilki yarışmanın qalibi İtaliya təmsilçisi Salvador Sobral olub.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/yan-ola-sand-ukrayna-terefinden-eurovision-yarismasi-yuksek-seviyyede-teskil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR