Ov mövsümü başladı: nəyi və neçə dənə ovlamaq olar?

Ov mövsümü başladı: nəyi və neçə dənə ovlamaq olar?
12:08 1 İyun 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan ərazisində 2017-2018-ci illərin ov mövsümü açıq elan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən Publika.az-a bildirilib ki, 2017-2018-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanıb.

Respublika ərazisində 2017-2018-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:

Ov obyekti olan vəhşi heyvan və quş növləri

Ovlanma müddəti

Adambaşına 1 dəfəlik norma

Dağıstan turu (təkə)

27 may 2017-ci il-

14 oktyabr 2017-ci il

1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)

Qaban (çöl donuzu)

16 sentyabr 2017-ci il -

16 dekabr 2017-ci il

1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)

Dovşan

11 noyabr2017-ci il –

13 yanvar 2018-ci il

2 baş

Bataqlıq qunduzu (nutriya)

07 oktyabr2017-ci il -

17 fevral 2018-ci il

(volyerlərdə saxlamaq üçün)

Nutriya təsərrüfatları olan təşkilatlar

Cüllüt (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla)

16 sentyabr 2017-ci il –

11 noyabr 2017-ci il

6 ədəd

Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )

14oktyabr 2017-ci il –

10 mart 2018-ci il

1 ədəd

Ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla)

14oktyabr2017-ci il –

10mart 2018-ci il

4 ədəd

Qaşqaldaq

14oktyabr2017-ci il –

10mart 2018-ci il

6 ədəd

Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/200930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR