Ağstafada minik avtomobili ekskavatorla toqquşub, sürücü ölüb

Ağstafada minik avtomobili ekskavatorla toqquşub, sürücü ölüb
12:12 1 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Ağstafa rayonunda ekskavatorla toqquşan maşının sürücüsü ölüb.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, mayın 31-də saat 23 radələrində Ağstafa şəhəri S.Vurğun qəsəbəsi ərazisində Abşeron rayon sakini Rəsul Vəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili "Greyder" markalı ekskavatora vurub. Xəstəxanaya yerləşdirilən R.Vəliyev orada ölüb.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-minik-avtomobili-ekskavatorla-toqqusub-surucu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR