​DİQQƏT: Təqaüd alan tələbələr, qaydalar dəyişdirildi...

Azərbaycanda “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbə və şagirdlərinə təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına yalnız nağdsız qaydada ödəniləcək.

Qaydalara edilən dəyişikliklərlə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, tələbələrin təqaüdlərinin ödənilməsində artıq vahid bir sistem yaradılacaq:

"Təqaüdlərin ödənilməsində kart sisteminə keçilir. Başqa bir ciddi dəyişiklik yoxdur. Bu günə qədər bütün təqaüdlər ali məktəblər tərəfindən nəğd şəkildə ödənilirdi. İndi vahid bir sistem yaradılacaq. Dövlət orqanlarında olduğu kimi, tələbələr də kart sisteminə keçiriləcək. Onların adına bank kartı açılacaq və təqaüdlər nəğdsiz şəkildə ödəniləcək. Tələbələr sonra həmin kartlar vasitəsilə pullarını bankomatlardan çıxara biləcək, yaxud da alış-veriş zamanı istifadə edəcəklər.

Ölkədə nəğdsiz dövriyyənin təşviq olunması proqramı həyata keçirilir. Tələbələrin təqaüdlərinin nəğdsız ödənişə keçməsi də bu çərçivədə atılan addımdır. Bunun ciddi effekt verəcəyini düşünmürəm. Çünki Azərbaycan üzrə təqaüdlərin həcmi kiçikdir. Bu, nəğd dövriyyəyə təsir edən ciddi amil deyil. Amma hər halda, tələbələrin də nəğd sistemə keçirilməsi müəyyən dərəcədə bu proqramın tərkib hissəsidir”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR