I vitse-spiker: "Trampın məktublarından görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır"

I vitse-spiker: "Trampın məktublarından görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır"
12:22 1 İyun 2017
20 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
 
O bildirib ki, Azərbaycanın ABŞ-la münasibətləri hər zaman yaxşı olub: "ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi. Eyni zamanda 28 May münasibəti ilə Azərbaycan prezidenti və xalqını təbrik etdi. Neft və Qaz sərgisində oxunan məktubdan sonra görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Biz əlbəttə çox istərdik ki, bu belə olsun və davam etsin. Şəxsən onun məktubları və bəyanatı mənim çox xoşuma gəldi.

Hər halda hamı, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir və kimsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması  düzgün siyasət deyil və artıq nəticə vermir. Bunu Donald Tramp özü də görür. Dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır. Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar. O Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ-la  münasibətlərimiz də həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki, bu səmimiyyət olacaq".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR