"Dağlıq Qarabağ məsələsində status-kvo davam edə bilməz" - Fransa səfiri

"Dağlıq Qarabağ məsələsində status-kvo davam edə bilməz" - Fransa səfiri
12:22 1 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-nın Minsk qrupu danışıqlar prosesində həmişə fəaldır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.
 
Onun sözlərinə görə, hər üç həmsədr bir-biri ilə, həmçinin münaqişə tərəflərinin dövlət başçıları və xarici işlər nazirləri ilə daim təmasda olur.
 
On gündən sonra həmsədrlərin bölgəyə səfər edəcəyini deyən fransalı diplomatın sözlərinə görə, Minsk qrupunun missiyası münaqişənin həlli yollarının tapılmasına şərait yaratmaqdır, lakin yekun qərarı onlar qəbul etmirlər.
 
Səfir əlavə edib ki, bu ilin mart ayında Ollandla Sarkisyan arasında görüş zamanı Fransa dövlət başçısı Azərbaycan və Ermənistan prezidentlərini qəbul edib, onların görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.
 
Səfirin qənaətinə görə, üç məlum prinsipə əsaslanan hərtərəfli yekun həllin  tez bir zamanda tapılması üçün hər şey etmək lazımdı. J. Şarpantye qeyd edib ki, istər insani, istərsə də siyasi nöqtəyi nəzərdən daim təhdid və atəşkəs rejiminin pozulması şəraitində yaşamaq olmaz.
 
"Status-kvo davam edə bilməz", - deyə səfir bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR