Ov mövsümü açıq elan edildi - CƏDVƏL

Ov mövsümü açıq elan edildi - CƏDVƏL
12:22 1 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan ərazisində 2017-2018-ci illərin ov mövsümü açıq elan edilib.

Mili.Az APA-ya istinadən xəbər verir ki, ölkə ərazisində 2017-2018-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanıb.

2017-2018-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:

Ov obyekti olan  vəhşi heyvan və quş növləri

Ovlanma müddəti

Adambaşına 1 dəfəlik  norma

Dağıstan turu (təkə)

27 may 2017-ci il-

14oktyabr 2017-ci il

1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)

Qaban (çöl donuzu)

16 sentyabr 2017-ci il -

16 dekabr 2017-ci il

1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)

Dovşan

11noyabr2017-ci il -

13yanvar 2018-ci il

2 baş

Bataqlıq qunduzu (nutriya)

07oktyabr2017-ci il -

17fevral 2018-ci il

(volyerlərdə saxlamaq üçün) 

Nutriya təsərrüfatları olan təşkilatlar

Cüllüt (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) 

16 sentyabr 2017-ci il -

11 noyabr  2017-ci il

6 ədəd

Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )

14oktyabr  2017-ci il -

10 mart 2018-ci il

1 ədəd 

Ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla)

14oktyabr2017-ci il -

10mart 2018-ci il

4 ədəd 

Qaşqaldaq

14oktyabr2017-ci il -

10mart  2018-ci il

6 ədəd

 

Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR