Kosmos müharibəsi üçün böyük ixtira: Rusiya və Çinin KABUSU HAZIRLANDI - VİDEO

Kosmos müharibəsi üçün böyük ixtira: Rusiya və Çinin KABUSU HAZIRLANDI - VİDEO
12:38 1 İyun 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada ən böyük imkanları olan “Stratolaunch” təyyarəsi ilk dəfə mayın 31-də ABŞ-ın Kaliforniya ştatında yerləşən Moxave səhrasında anqardan çıxarılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Orbital OTK” korporasiyası tərəfindən yaradılmış maşın 9100 metr hündürlükdən kosmik raket-daşıyıcıların işə salınması üçün nəzərdə tutulub.

Təyyarə altı “Pratt&Whitney PW4056” mühərriki ilə təchiz edilib və iki füzelyaj ümumi qanadla birləşdirilib. Qanadlarının hər birinin uzunluğu 72 metr təşkil edir. Təyyarənin özünün çəkisi 250 ton, tam yüklənmə ilə isə 590 tondur.

“Stratolaunch Systems Corp” şirkətinin baş direktoru Cin Floyd qeyd edib ki, “Stratolaunch” təyyarəsinin yaradılması aşağı yerətrafı orbitə yüklərin rahat, gündəlik və etibarlı çatdırılmasını təmin edəcək. O bildirib ki, təyyarənin yaradılmasının birinci mərhələsi başa çatıb. İndi yerüstü və uçuş sınaqları mərhələsi başlanır.

Floydun sözlərinə görə, “Stratolaunch” “Pegasus XL” raket-daşıyıcılarının işə salınması üçün hava platforması kimi yaradılıb. Təyyarə birinci mərhələdə bir, gələcəkdə isə üçə qədər raket aparacaq. Floyd qeyd edib ki, təyyarənin göyərtəsindən ilk raket-daşıyıcının 2019-cu ildə işə salınması gözlənilir.

“Raketlərin işə salınmasının belə üsulu 1950-1960-cı illərdə X-plane aparatı ilə təcrübə aparan ABŞ Hərbi-Hava Qüvvələrinin sınaqlarını xatırladır. Əgər hava platformasının köməyi ilə faydalı yüklərin yerətrafı orbitinə çatdırılması üzrə xərcləri azaltmaq mümkün olacaqsa, onda “Stratolaunch” kosmik xidmətlər bazarında bütün vəziyyəti dəyişdirə biləcək”, - “Popular Mechanics” jurnalı yazıb.

“Stratolaunch” şirkəti 2011-ci ildə Amerika milyarderi, “Microsoft” korporasiyasının banilərindən biri olan Pol Allen tərəfindən yaradılıb.

Qeyd edık ki, son illər kosmosun fəthi uğrunda dünyanın əsas gücləri olan ABŞ, Rusiya və Çin arasında amansız mübarizə gedir. ABŞ-ın “Scientific American” nəşri bir müddət əvvəl dünyanın kosmos müharibələri dönəminə qədəm qoyduğunu yazıb.

Bildirilir ki, İraq, Suriya, Ukrayna, İran, İsrail və bir çox coğrafiyalarda münaqişə alovuna bürünmüş dünya yeni müharibə astanasına qədəm qoyur.

“Bu I, yaxud II dünya müharibələrindən daha dəhşətli olacaq. Dünya hazırda bu vaxta kimi heç olmadığı qədər kosmos müharibələrinə yaxındır”, - nəşri yazmışdı.

“Scientific American” kosmosda mümkün müharibə təhlükəsinin hələ SSRİ vaxtından mövcud olduğunu yazıb.

“Lakin bu gün vəziyyət daha mürəkkəbdir. Çünki kosmosda minlərlə peyk var və onlar müxtəlif istiqamətlərə uçuşur. Bu peyklərin adi bir “hadisədən” toqquşma təhlükəsi hər an reallaşa bilər. Bundan da ölkələr milyardlarla dollar ziyana düşə bilərlər”, - deyə nəşr qeyd edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR