Bahar Muradova: "Azərbaycan uşaq hüquqlarının qorunmasında öhdəliklərini yerinə yetirir"

Bahar Muradova: "Azərbaycan uşaq hüquqlarının qorunmasında öhdəliklərini yerinə yetirir"
12:42 1 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan dövləti uşaq hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməkdədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova "Mənim səsim - mənim hüquqlarım: parlamentdə müzakirə" mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.

Bu gün bütün dünyada, o cümlədə Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd edildiyini xatırladan B.Muradova qeyd edib ki, Azərbaycan bütün insan hüquqlarına hörmətlə yanaşdığı kimi, onun tərkib hissəsi olan uşaq hüquqlarına da çox diqqətlə yanaşır.

B.Muradova deyib ki, Azərbaycan dövlətinin əsas siyasəti uşaqların təhsilinin, sağlamlığının təmin edilməsi, uşaqlar üçün bərabər imkanların yaradılmasıdır və bunun üçün bütün addımlar atılır.

B.Muradova əlavə edib ki, uşaqların daha firavan yaşaması üçün atılan addımlardan biri də 2009-cu ildə ölkədə "Uşaq ili"nin elan edilməsi olub.

Bu il həm də Uşaq Forumunun keçiriləcəyini deyən MM sədrinin müavini bildirib ki, həmin forumda səslənən təkliflər, qaldırılan məsələlər parlamentin sonrakı fəaliyyətləri dövründə nəzərə alınacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR