Səhiyyə Nazirliyi: 11 min 215 nəfər talassemiya daşıyıcısı var

İndiyə qədər 258 min 521 nəfər talassemiya xəstəliyi üzrə müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nigahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyə qədər 258 min 521 nəfər müayinədən keçib. 11 min 215 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 97 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb, həmin şəxslərə də müvafiq məsləhətlər verilib. Daşıyıcı olan 54 cütlük prenetal diaqnostika olunması üçün qeydə alınıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR