Lahıcda sel həyətləri basdı, 8 kəndlə əlaqə kəsildi - VİDEO - FOTO

Lahıcda sel həyətləri basdı, 8 kəndlə əlaqə kəsildi - VİDEO - FOTO
12:47 1 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə İsmayıllı rayonuna yağan güclü yağış və dolu Lahıc qəsəbəsində fəsadlar törədib.

Milli.Az xəbər verir ki, qəsəbə sakini Nasur Quliyevin criminal.az saytına verdiyi məlumata görə, yağıntı nəticəsində Girdiman çayınının suyu kəskin artıb və sel bəndi dağıdıb. Nəticədə qəsəbədə həyətləri su basıb. Daşqın səbəbindən 8 kəndlə əlaqə kəsilib.

N.Quliyevin sözlərinə görə, bir neçə il əvvəl dövlət tərəfindən 3 milyon manat vəsait ayrıldı və çayın kənarına bənd çəkildi. Çay daşaraq həmin bəndin bir hissəsini dağıdıb. Əgər qısa zamanda dağılmış bənd bərpa edilməsə, dövlətin xərclədiyi pul havaya sovrulacaq.

Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Lahıcda sel həyətləri basdı, 8 kəndlə əlaqə kəsildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR