Metyu Brayza: "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə danışıqlar lazımdır"

Metyu Brayza: "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə danışıqlar lazımdır"
12:47 1 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə - ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri və prezidentlərinin iştirakı ilə danışıqlar aparılması lazımdır".
Bunu "Report"a ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri nizamlama prosesində həlledici rol oynaya bilər.
M.Brayza danışıqlar prosesinin çərçivəsinin və bu çərçivənin Madrid sənədi olduğunu, lakin prosesin sonradan irəliləmədiyini xatırladıb: "Xarici oyunçular, bir yerə toplaşıb tərəfləri qəti barışığa çağıracaq və bu zamana qədər əldə olunan nizamlama çərçivəsində prosesin həllini tələb edəcək üçüncü ölkələrin liderlərinin iştirakı vacibdir".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/metyu-brayza-dagliq-qarabag-munaqisesinde-irelileyis-elde-etmek-ucun-daha-yuksek-seviyyede-danisiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR