"Total" və SOCAR müştərək şirkət yaradacaq

"Total" və SOCAR müştərək şirkət yaradacaq
12:47 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Fransanın "Total" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) birgə şirkət yaradacaq. 
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Caspian Oil&Gas-2017" beynəlxalq konfransında çıxış edən "Total"ın Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernar Kleman (Bernard Kleman) deyib. 
B.Klemanın sözlərinə görə, bu, Azərbaycanda bir ilk olacaq: "Azərbaycanda ilk dəfə olaraq yaradılacaq şirkətdə 50% "Total"ın, digər 50% isə SOCAR-ın olacaq. Bu şirkət Xəzərdəki "Abşeron" yatağının birinci fazasının işlənməsi çərçivəsində yaradılacaq. İşlərin 15 ay davam etməsini gözləyirik".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/total-ve-socar-musterek-sirket-yaradacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR