Bakıya gələn təyyarədə problem yarandı - 7 saat gözlədilər

Bakıya gələn təyyarədə problem yarandı - 7 saat gözlədilər
13:17 1 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Kuboku uğrunda yarışı idarə edən azərbaycanlı hakimlər dünən Naxçıvandan Bakıya dönüş zamanı problemlə üzləşiblər.

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, havaya qalxmaq üzrə olan təyyarə dərhal boşaldılıb. Bakıya qayıdan ədalət təmsilçiləri və "Səbail" klubunun baş məşqçisi Samir Əliyev 7 saata yaxın hava limanında gözləyib.

Bildirilir ki, uçuş zolağında olan təyyarədə texniki nasazlıq aşkarlanıb.

Onlar axşam saatlarında Bakıya çatmağa müvəffəq olublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR