Məşhurlardan övladlarına: "Mənə ana olmaq xoşbəxtliyi nəsib etdin" - FOTO

Məşhurlardan övladlarına: "Mənə ana olmaq xoşbəxtliyi nəsib etdin" - FOTO
13:17 1 İyun 2017
131 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Şou-biznes nümayəndələri övladları ilə fotolarını paylaşaraq, ürək sözlərini qeyd ediblər.

Milli.Az axşam.az-a istinadən həmin paylaşımları təqdim edir:

Vüsalə Əlizadə: "Bu gün möhtəşəm bir gündür, bütün bayramların ən gözəlidir. Çünki canımızdan olan uşaqların müdafiə günüdür. Evimin yaraşığı, nəfəsim, həyatdakı ən böyük qazancım, hədiyyəm, gerçəkləşən Diləyim, bayramın mübarək. Səni tək mən dilədim, istədim, səninlə keçməkeşli həyatda qıxılıb, durub, yenidən qürurla addımlamağa tək mən hazır oldum. Rəbbim də bu istəyimi sənin kimi mələklə mükafatlandırdı. Nə yaxşı varımsan, mənə ana olmaq xoşbəxtliyi nəsib etdin. Görən gözüm, döyünən ürəyim, tutan əlim, gedən ayağım, hər şeyimi sənə həsr etmişəm. Allah səni və dünyadakı bütün balaları qorusun".

Elvin Abdullayev: "Bu gün onların günüdür. Onlar Azərbaycanın gələcəyidir. 1 İyun Uşaqların Müdafiə Günü münasibətilə onları təbrik edirəm. Uşaqlar olmasa biz həyatda heç kimik. Allah onların hər birini qorusun".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR