“Qəbələnd” Əyləncə Mərkəzində xeyriyyə aksiyası: 5 mindən çox uşaq əyləndi

“Qəbələnd” Əyləncə Mərkəzində xeyriyyə aksiyası: 5 mindən çox uşaq əyləndi
13:24 1 İyun 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

“Gilan Holdinq”in təşəbbüsü və “Qəbələnd” Əyləncə Mərkəzinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə aksiyası keçirilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bayram münasibətilə Qəbələ və ətraf rayonlardan olan uşaqlar “Qəbələ” Əyləncə Mərkəzinə pulsuz daxil olub və oradakı əyləncə vasitələrindən, oyun aparatlarından və attraksionlardan istifadə ediblər. Uşaqlarla yanaşı, onların valideynlərinin də parka pulsuz daxil olmasına və oradakı xidmətlərdən faydalanmasına şərait yaradılıb.
 
Xeyriyyə aksiyası zamanı 5 mindən çox uşağa bayram sevinci bəxş olunub. Park rəhbərliyi valideyn himayəsindən məhrum olan və əlil uşaqların, aztəminatlı ailələrin övladlarının parka gəlməsi üçün xüsusi avtomobil təşkil edilib. Uşaqlar parkda cizgi filmi və nağıl qəhrəmanlarının geyimində olan klounlarla şəkil çəkdiriblər, sonra balaca musiqiçilərin iştirakı ilə konsert proqramına tamaşa ediblər.
 
Qeyd edək ki, “Qəbələnd” Əyləncə Mərkəzi ənənəvi olaraq hər il Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə xeyriyyə aksiyası keçirir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR