Moskvanın iki hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib

Moskvanın iki hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib
13:32 1 İyun 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Moskvanın Vnukovo və Şeremetyevo aeroportlarına  bomba qoyulması barədə anonim telefon zəngindən sonra hər iki hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib. 
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda həmin hava limanlarının mətbuat xidmətləri məlumat yayıb.
İnformasiyaya əsasən, iyunun 1-də Moskva vaxtı ilə saat 10.03-də Vnukovo hava limanına bomba qoyulması haqda şəhər Polis İdarəsinə anonim telefon zəngi daxil olub. 
Məlumata görə, araşdımadan sonra xəbərin yalan olduğu müəyyən edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskvanin-iki-hava-limaninda-tehlukesizlik-tedbirleri-guclendirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR