İrəvanda prezident qərargahında döyüş – Putinin PLANI DƏYİŞDİ

İrəvanda prezident qərargahında döyüş – Putinin PLANI DƏYİŞDİ
13:33 1 İyun 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

“Prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyan arasında ciddi münaqişə var”.

Publika.az
xəbər verir ki, bu barədə erməni politoloq Riçard Kirakosyan deyib.

Politoloq əmindir ki, prezidentlə baş nazir gizli müharibə aparır: “Bu dəqiqdir. Hansı ki, Karapetyanı Moskvadan təyin etdilər və Sarkisyanı onu baş nazir etməyə məcbur etdilər. Sarkisyan indi buna qarşı çıxır. Çünki 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəndən sonra hakimiyyətə nəzarət məsələsi var. Parlament seçkilərindən sonra Ermənistanda “kreslo uğrunda” mübarizə başladı. Lakin real münaqişə hələ irəlilədir. Çünki Moskva Karapetyanı müvəqqəti olaraq İrəvana göndərmişdi, lakin görünür, plan dəyişib və əsas hədəf 2018-ci ildən sonra Ermənistana kimin rəhbərlik edəcəyidir”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR