Bakıda bina yanır - YENİLƏNDİ

Bakıda bina yanır - YENİLƏNDİ
13:33 1 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın başverməsi barədə məlumat daxil olub.

Publika.az-ın Nnazirliyin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

***

Bakıda istifadədə olmayan binada yanğın başlayıb.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda, Elektron Hesablama Maşınları zavodunun arxasında hazırda istifadə edilməyən dörd mərtəbəli binada baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR