Hollandiyada məhbus çatlışmazlığı səbəbilə həbsxanalar bağlanacaq

Hollandiyada məhbus çatlışmazlığı səbəbilə həbsxanalar bağlanacaq
13:47 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Hollandiyada yayın sonuna qədər məhbus çatlışmazlığı səbəbilə 5 həbsxananın bağlanacağı planlaşdırılır.
"Report" "Independent"ə istinadən xəbər verir ki, ölkədə cinayətlərin azalması üzrə sabit, kifayət qədər uzun sürən dinamika qeydə alınıb və buna görə də krallıq cəzaçəkmə müəssisələrinin saxlanmasına əlavə xərc çəkmək istəmir.
Digər tərəfdən, beş həbsxananın bağlanması ilə təxminən 2,5 min nəfər işsiz qalacaq. Onlardan təxminən 700 işçi hüquq-mühafizə sistemində digər sahələrdə iş alacaq.
Qeyd edək ki, Hollandiyada bu cür addım ilk dəfə atılmayacaq. 2013-cü ildə ölkədə eyni səbəbdən 19 həbsxana bağlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/hollandiyada-mehbus-catlismazligi-sebebile-hebsxanalar-baglanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR