"Milliyə qayıtmaq üçün qol vurmaq kifayət etmir"

"Milliyə qayıtmaq üçün qol vurmaq kifayət etmir"
13:57 1 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya millisinin baş məşqçisi Campyero Ventura "Nice" klubunun hücumçusu Mario Balotelliyə yenidən dəvət göndərə biləcəyini istisna etməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Balotellinin pis təsir bağışlamırdı. Heç kim onun səviyyəsini şübhə altına almır. Amma milliyə qayıtmaq üçün qol vurmaq kifayət etmir. Dünya çempionatına hələ 1 il var. Millinin qapıları hər kəs üçün açıqdır. Mario mövsümün gedişində xoş təəssürat oyatdı. Bu barədə hələ danışacağıq".

Ötən mövsüm Fransa Liqasında 23 oyuna çıxan Balotelli 15 qol vurub. O, sonuncu dəfə 2014 DÇ qrup mərhələsində Uruqvayla oyunda (0:1) meydanda olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR