Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bədii gimnastika yarışına start verilib - FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bədii gimnastika yarışına start verilib - FOTO
14:22 1 İyun 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Milli Gimnastika Arenasında azyaşlı gimnastlar arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bədii gimnastika yarışına start verilib.

Milli.Az Trend-ə istnadən xəbər verir ki, yarış uşaqlara sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin aşılanması məqsədilə Azərbaycan Gimnastika Federasiyası tərəfindən ilk dəfə təşkil olunur.

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva turnirin açılışında çıxışı zamanı deyib: "Bildiyiniz kimi, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Və biz qərara gəldik ki, ən kiçik yaş qrupu sayılan, 5-7 yaşlı gimnastlar arasında yarış keçirək. Adını da "GymBala" qoyduq".

O qeyd edib ki, adətən, bu möhtəşəm arenada böyük yaş qrupuna aid idmançılar yarışır: "Bu gün isə kiçik gimnastlarımız onlara bənzəməyə çalışacaqlar. Bu bayrama qatılanlar - bütün iştirakçılar, aparıcılar, şaperonlar - hamı bizim gələcəyimiz olan balacalardır".

Daha çox əyləncəli xarakter daşıyacaq bu turnirdə Bakı ilə yanaşı, bölgələrdən də olan 2010, 2011 və 2012-ci il təvəllüdlü 51 gimnast öz güc və bacarıqlarını nümayiş etdirəcəklər.

Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, Start klubu, Zirə Mədəniyyət Mərkəzi, Sumqayıt şəhəri, eləcə də Zabrat, İsmayıllı, Göyçay, Kürdəmir, Gəncə və Ağdaşdan olan təmsilçilər fərdi və qrup hərəkətləri proqramında tamaşaçı qarşısına çıxacaqlar.

Turnir boyunca izləyicilərə fleşmoblar və maraqlı müsabiqələr də təqdim olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR