Dünyanın ən böyük təyyarəsi hazırlandı - FOTO

Dünyanın ən böyük təyyarəsi hazırlandı - FOTO
14:37 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" korporasiyasının banilərindən biri, amerikalı midyarder Pol Allenin sifarişi ilə "Stratolaunch" adlı nəhəng təyyarə hazırlanıb.

Milli.Az Mashable-a istinadən bildirir ki, iki kabinli, qanadlarının ümumi uzunluğu futbol meydanından artıq olan təyyarə stratosferə qalxaraq orada kosmik peyklərin orbitə buraxılması üçün nəzərdə tutulub.

5 mühərrikli təyyarə P.Allenə məxsus "Stratolaunch Systems" aerokosmik şirkətində hazırlanıb.

Dünyanın ən böyük təyyarəsi "Stratolaunch" hər biri 72 metr uzunluqda 2 fuüzelyaja malikdir. Qanadlarının uzunluğu 117 metrə çatan təyyarənin çəkisi 250 tondur. Yüklə birlikdə çəki isə 590 ton olacaq.

"Stratolaunch" layihəsinin məqsədi raketlərin orbitə çıxarılması ilə bağlı xərclərin azaldılmasıdır. Təyyarənin ilk uçuşunda o, "Orbital ATK" şirkətinə məxsus "Pegasus XL" raketini orbitə çıxaracaq.

Təyyarə kiçik yüklərin kosmosa çıxarılması üçün istifadə olunan 3 belə raketi eyni vaxtda orbitə çıxara bilər.

"Stratolaunch"ın ilk nümayiş uçuşu 2019-cu ildə olacaq.

64 yaşlı Pol Allen 20,2 milyard dollarlıq vəsaitə malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR