"28 yaşımdakı kimi oynamağa qadirəm"

"28 yaşımdakı kimi oynamağa qadirəm"
14:47 1 İyun 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın yarımmüdafiəçisi Andres İniesta növbəti mövsüm komandasında böyük fayda verəcəyinə inanır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı havbek zədələrdən ehtiyat etdiyini vurğulayıb.

"Zədə ilə bağlı problemlərim olmasa 28 yaşımdakı kimi oynamağa qadirəm. İnsanların fikri nəticələrdən asılı olaraq dəyişilir. İndi deyirlər ki, hələ 5 il oynamaq imkanım var. Amma PSJ-yə 0:4 hesablı məğlubiyyətdən sonra karyeramı başa vurmağı məsləhət görürdülər. Bəzən bu cür detallar insanların fikrini formalaşdırır. İstərdim ki, gələcəyimin sahibi özüm olum. Yüksək səviyyədə bir neçə il futbol oynamaq istəyirəm. Lakin təhlil olunası bəzi məsələlər var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR