Min dərdin dərmanı çuğundur suyu

Xalq təbabətində çuğundurun köklərindən, suyundan müalicə məqsədi ilə istifadə edilir.

Metbuat.az xəbər verir ki, qırmızı çuğundurun köklərini soyuq su ilə yuyandan sonra, sıxıb şirəsini çıxarırlar. Alınan təzə şirədən babasil xəstəliyinə tutulanlara gündə 3 dəfə, hər dəfə 2- 3 stəkan içirdirlər. Həmçinin, xalq təbabətində qırmızı çuğundurun köklərindən alınan təzə şirəni balla qarışdırıb, vərəm xəstəliyinə qarşı içirlər.

Abşeronda yerli əhali qırmızı çuğundurun köklərindən aldıqları təzə şirədən hipertoniya xəstəliyinin müalicəsində istifadə edir. Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində də çox faydalıdır. Çuğundur qan artıran bitkidir. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün faydalıdır. Ona bir qədər də xardal və sirkə əlavə etmək olar. Çuğundurun yarpağının suyu və özü bəlğəmin dərmanıdır. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızıl yel üçün, xam yarpağının təpitmə halında qoyulması tük tökülməsinə və oynaq ağrılarına qarşı faydalıdır. Badam yağı ilə təpitməsi şişləri yumşaldır.

Çuğundur suyundan qaraciyəri təmizləmək və möhkəmləndirmək üçün istifadə edirlər. 1/2 stəkan təzə çuğundur şirəsini 1/2 stəkan təmiz qazsız su ilə qarışdırın, 1 x.q. bal və 1/2 ç.q. sarıkök əlavə edin, qarışdırın və kiçik qurtumlarla yeməkdən 30 dəqiqə əvvəl için. Bu qarışığı 1 həftə ərzində hər gün 1 stəkan olmaqla qəbul edin. Sonra 1 həftə fasilə verin və yenə təkrarlayın.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR