AMB "Azərbaycan Sənaye Bankı"na güzəştə gedib

AMB "Azərbaycan Sənaye Bankı"na güzəştə gedib
15:22 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-yə 1 illik verdiyi kreditin qaytarılma müddətini 1 il uzadıb.
“Report”un məlumatına görə, tərəflər arasında kredit müqaviləsi 2015-ci ilin dekabr ayında bağlanılıb.
Müqaviləyə əsasən, Mərkəzi Bank ASB-yə illik 3%-lə (faizlər rüblük ödənilmək şərti ilə) 10 mln. manat borc verib. Borc müqaviləsinin müddəti ötən ilin dekabrında başa çatsa da, qurum kommersiya bankına bu ilin dekabrına qədər möhlət verib.
Qeyd edək ki, borcun təminatı qismində ASB-nin AMB-dəki 6,7 mln. ABŞ dolları məbləğində depoziti çıxış edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-azerbaycan-senaye-banki-na-guzeste-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR