Gənc cüdoçular Bakı birinciliyində əzmkar mübarizə ilə yadda qalıblar

Gənc cüdoçular Bakı birinciliyində əzmkar mübarizə ilə yadda qalıblar
15:22 1 İyun 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyası və Bakı şəhər Gənclər, İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən daha bir yarışa yekun vurulub. "Report"un məlumatına görə, 23 yaşa qədər gənc cüdoçular arasında baş tutan Bakı şəhər açıq birinciliyi bir çox maraqlı anları ilə yadda qalıb.
"Sərhədçi" Olimpiya İdman Kompleksində 2 gün ərzində keçirilən birincilikdə paytaxt cüdoçuları ilə yanaşı, Gəncə və İsmayıllının gənc kimano ustaları mübarizə aparıblar. 300-dən çox cüdoçunun qatıldığı yarışın qaliblərinə medal, diplom və fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, bu yaş kateqoriyası üzrə respublika birinciliyi iyunun son günlərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/genc-cudocularin-baki-birinciliyinde-ezmkar-mubarizesi-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR