NATO generalı Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirib

NATO generalı Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirib
15:22 1 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasında Azərbaycanın səylərini xüsusi qeyd edən diviziya generalı E.Uzun Azərbaycanın NATO ilə əməkdaşlığını, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəsini və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığını da yüksək qiymətləndirib.




Xəbərin orijinal ünvanı: https://report.az/herbi/nato-generali-azerbaycanin-beynelxalq-sulhmeramli-emeliyyatlara-verdiyi-tohfeni-yuksek-qiymetlendiri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR