Dünyada ilk kvant metalı yaradıldı - İNANILMAZ YENİLİK

Dünyada ilk kvant metalı yaradıldı - İNANILMAZ YENİLİK
15:23 1 İyun 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Yaponiyadan olan alimlər birinci kvant metalını sintezləşdirməyə müvəffəq olublar. Tədqiqatlarda uzaq Şərqin federal universitetlərindən dünya şöhrətli fiziklər iştirak ediblər.

Publika.az xəbər verir ki, kvant və ya ikiölçülü metal silisium astar üzərinə vurulmuş bir qatı atom qalınlığında olan nazik talliumun pərdəsindən ibarətdir. Temperaturun sıfıra yaxınlaşması zamanı metal öz formasını qoruyub saxlayır və maqnit sahəsinin gücündən asılı olaraq, yüksək keçiricilik və ya izolyator xüsusiyyətlərini bərpa edir.

İki ölçüdə materialların vəziyyətlərinin öyrənilməsi prosesi keçən əsrin 30-cu illərindən aparılırdı. Yalnız 2004-cü ildə alimlər bir qat atomdan ibarət olan materialı - qrafeni əldə etməyə nail olublar. Alimlərin fikrincə, gələcəkdə ikiölçülü materiallardan nanoelektronikanın istehsalında istifadə etmək mümkün olacaq.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/200958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR