Makedoniyada azərbaycanlıları sevindirəcək TƏYİNAT

Makedoniyada azərbaycanlıları sevindirəcək TƏYİNAT
15:27 1 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Türk Hərəkat Partiyasının sədri professor Prof.Dr. Adnan Kahil Makedoniyada qurulan Zoran Zaev hökümətində Türk dünyası məsələlər üzrə dövlət nazir vəzifəsini tutub.

Milli.Az bildirir ki, bu sözləri Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim bildirib. "Adnan Kahil çalışqan və pozitiv siyasətçidir. Azərbaycanı yaxında izləyən bir siyasətçidir. Hər zaman Azərbaycana öz dəstəyini göstərib. Onun Türk dünyası məsələlərinə nazir təyin olunması Makedoniya və Türk dünyası arasında əlaqələrin güclənəcəyinə işarədir".

Qeyd edək ki, Enes İbrahim Azərbaycan Balkanlarda müdafiə edən siyasətçilərdən sayılır. Keçən il diaspor üzrə jurnalist Elnur Eltürklə Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradıblar. Cəmiyyət Makedoniyada fəallığı ilə seçilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR