Ronaldo: "Messi mənim rəqibim deyil"

Ronaldo: "Messi mənim rəqibim deyil"
15:37 1 İyun 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

"Meydanda yaxşı futbolçular görməyi sevirəm və Lionel Messi də bunlardan biridi". Fanat.Az xəbər verir ki, bu sözləri "Real"ın ulduzu Kriştiano Ronaldo deyib.


"Barselona"dakı həmkarı ilə tez-tez müqayisə olunmasına etiraz edən portuqaliyalı yaşıl meydanlardakı ən böyük rəqibinə tərixi yağdırıb. Ronaldo "Fox Sports"a açıqlamasında Messi ilə rəqib yox, normal münasibətdə olduqlarını bildirib: "Messini izləməkdən zövq alıram. Bütün böyük oyunçular kimi onu da meydanda görməyi sevirəm. Onunla yaxşı münasibətlərimiz var. Hər dəfə yan-yana gələndə söhbətləşirik. Messi ilə müqayisə edilməyimiz xoş hal deyil. Təbii ki, evinə gedib yemək yemirik. Dost deyilik, amma yaxşı münasibətdə olduğumuzu düşünürəm. Məncə o rəqibim deyil. Çünki aramızdakı müqayisə xoşuma gəlmir". 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-quotmessi-mnim-rqibim-deyilquot-t58467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR