ABŞ viza ilə bağlı qaydaları SƏRTLƏŞDİRDİ

ABŞ viza ilə bağlı qaydaları SƏRTLƏŞDİRDİ
15:37 1 İyun 2017
27 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ ölkəyə səfər etmək istəyən əcnəbilər üçün yeni viza anketlərini hazırlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, söhbət konsulluq əməkdaşlarının tələbi ilə doldurulmalı olan əlavə blankdan gedir.
 
ABŞ-a getmək istəyən şəxslər son 5 ildə sosial şəbəkələrdə istifadə etdikləri adları, mobil nömrələri və elektron ünvanlarını qeyd etməlidirlər. Həmçinin ABŞ-a getmək istəyən şəxslərdən son 15 il üçün bioqrafik məlumatlar, o cümlədən yaşadığı ünvan və səfər etdiyi ölkələrin adları tələb olunacaq.
 
Yeni tədbirlərin turistlərin yoxlanması prosesinin gücləndirilməsi istiqamətində atılan addımların bir hissəsi olduğu bildirilir. Yeni blank mayın 23-də təsdiqlənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR