Antibiotiklərin təyin edilməsi nəzarət altına alına bilər

Antibiotiklərin təyin edilməsi nəzarət altına alına bilər
15:49 1 İyun 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xəstələrə antibiotiklərin təyin edilməsinin nəzarət altına alınması təklif olunur.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov təklif edib.

 

O qeyd edib ki, artıq dünyada mütəxəssislərin antibiotiklərə olan münasibəti 180 dərəcə dəyişib: “İndi molekulyar biologiya sahəsində aparılan yeni tədqiqatlar nəticəsində məlum olub ki, antibiotiklərin istifadəsi nəticəsində insanların geninə təsir etməklə çox ağır fəsadlar, xəstəliklər ortaya çıxır. Ola bilər ki, həmin dövrdə fəsad özünü göstərmir, amma sonrakı dövrlərdə bu, özünü göstərir. Antibiotiklərin məqsədyönlü olmayan istifadəsi çox ciddi faciələrə gətirib çıxara bilər. Ona görə də Azərbaycanda antibiotiklərin verilməsi ciddi nəzarət altına alınmalıdır. Müvafiq icra hakimiyyəti orqanları bu istiqamətdə tədbirlər görməlidir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR