"Başıaçıq görüntülərimi yayırlar" - Xuraman

"Başıaçıq görüntülərimi yayırlar" - Xuraman
15:57 1 İyun 2017
161 Şou
Ölkə mətbuatı
A- A+

"Hicaba gələn gündən qərar verdim ki, ancaq xına mərasimlərinə, qadın məclislərinə qatılacam".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı "5/5" verilişində deyib. 

Sənətçi bildirib ki, sosial şəbəkədə olan bütün başıaçıq görüntülərini sildirir:

"Efirlərə qonaq olurdum, amma oxumurdum. 3 il mahnı ifa etmədim. "Youtube"da olan mahnılarımı da sildirdim. Radiolara ifalarımı səsləndirməyi qadağan etmişdim. Başıaçıq fotolarımı paylaşanlara haram edirəm. Son vaxtlar görürəm ki, başıaçıq videolarımı kimsə yenidən yükləyib yayır".

X.Şuşalı yaradıcılığından söz açıb. O bildirib ki, qardaşı İlham Hüseynlə duet oxuyacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/550258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR