TƏKLİF: Sosial şəbəkələrdə dərmanlarla bağlı monitorinq keçirilsin

TƏKLİF: Sosial şəbəkələrdə dərmanlarla bağlı monitorinq keçirilsin
16:01 1 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı İlhamə İsabalayeva - Trend:

Qadağan olunan dərman vasitələrinin sosial şəbəkələrdə reklamının aparılması ilə bağlı monitorinqin keçirilməsi təklif edilib.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

M.İbrahimqızı qeyd edib ki, bu gün sosial şəbəkələrdə qadağan olunan dərmanların
reklamı aparılır. Ancaq buna qarşı heç bir addım atılmır: “Təklif edərdim ki, bununla
bağlı hansısa monitorinqlər aparılsın. Qanunvericiliyi nə qədər möhkəmləndirsək
də, bu məsələdə hələ də boşluq var. Belə hallar aradan qaldırılmalıdır”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2761638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR