"Qarabağın ermənilərə məxsus olduğunu deməmişəm" - NAZİRDƏN TƏKZİB

"Qarabağın ermənilərə məxsus olduğunu deməmişəm" - NAZİRDƏN TƏKZİB
16:05 1 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu günlərdə "Ermənistan xəbərləri" portalı xəbər yaymışdı ki, Kiprin Xarici İşlər Nazirliyinin rəhbəri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı Qarabağı ermənilərin tarixi torpağı adlandırıb.

Milli.Az xəbər verir ki, virtualaz.org məşhur kiprli politoloq Petros Kareklasa müraciət ünvanlayaraq, Kipr hökumətinin mövqeyini şərh etməyi xahiş edib.

Öz növbəsində Kareklas müraciəti Kipr XİN-ə yollayıb və cavab alıb.

"Kipr XİN başçısı qəti surətdə bildirir ki, nə Ermənistanın müdafiə naziri ilə görüşdə, nə də başqa bir yerdə belə bir bəyanat verməyib", - Kareklas məlumat verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR