NATO nümayəndəsi Azərbaycan Sülhməramlıları ilə görüşdü - FOTO

NATO nümayəndəsi Azərbaycan Sülhməramlıları ilə görüşdü - FOTO
16:27 1 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.

Milli.Az-ın MN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasında ölkəmizin səylərini xüsusi qeyd edən diviziya generalı E. Uzun Azərbaycanın NATO ilə əməkdaşlığını, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəsini və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığını da yüksək qiymətləndirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/550272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR